Fərqli bir görünüş istəyən həyat yoldaşını məmnun etmək üçün bosniyalı 72 yaşlı Vojin Kuşiç fırlanan ev tikib.
Unikal.org xəbər verir ki, Bosniyanın şimalındakı Srbac qəsəbəsi yaxınlığında yerləşən ev 7 metr (13 fut) ox ətrafında fırlanır.
Belə ki, kişi bununla bağlı mətbuata açıqlama verib. O,"Həyat yoldaşımın şikayətlərindən və evimizi tez-tez təmir etmək istəyindən bezdim və dedim: Sənin üçün firlanan bir ev inşa edəcəyəm, istədiyin kimi fırlat",- deyərək, evi tikdiyini bildirib.