Çinin şimalında yerləşən Hebey əyalətində fəhlələri daşıyan avtobus çaya yuvarlanıb.

Unikal.org xəbər verir ki,  hadisə  nəticəsndə 13 nəfər itkin düşüb.

Bildirilib ki, hadisə oktyabrın 11-də səhər saatlarında baş verib. Qəza zamanı avtobusun salonunda 51 nəfər olub, onlardan 38-i xilas edilib.

İtkin düşənlərin axtarışları davam edir.