Livanın cənubunda "Zahrani" neft anbarının ərazisində yanğın başlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində işlərə başlanılıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Qeyd edək ki, Livan yanacaq qıtlığı səbəbindən qaranlığa qərq olub. Şəhərin işıqlandırılması üçün təxminən 3 gün ərzində ordunun neftindən istifadə olunacaq. 

Ağarza Elçinoğlu