Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 601 yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 272 957 nəfərə çatıb.

Son sutka ərzində infeksiyadan 26 ölüm halı qeydə alınıb. Bununla da indiyədək koronavirusdan ölənlərin ümumi sayı 5575 nəfərə çatıb.