Türkiyədə "Altın Portağal" Film Festivalının mükafatlandırma mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, mərasim zamanı aktyor Tamer Karadağlıyla Nihal Yalçın arasında qalmaqal yaranıb.
Belə ki, Nihalın çıxışı zamanı mükafatı vermək üçün arxasında gözləyən aktyor bir neçə dəfə saatına baxaraq müxtəlif mimik hərəkətlər edib və sonda aktrisa sözlərini bitirmədən mükafatı ona uzadıb.
“Kim verdi mükafatı? “Sus” dediniz? Artıq “sus” deyirsiniz?” - deyə, aktrisa Nihal Tamerin bu hərəkətinə anlam verə bilməyib.
Taner mükafatı aldıqdan sonra çıxış etməli olduğunu xatırlatmaq üçün “Mükafatınızla birlikdə danışın, qaldırın və zəfər çıxışınızı edin” cavabını verib.
Sosial media izləyiciləri iki sənətçi arasındakı gərginlikdə ikiyə bölünüb. Amma sonda hər kəs Tamerə haqq qazandırıb.