Hakkarinin Yüksekova mahalının Esendere bölgəsində yaşayan 5 uşaq və 36 nəvə sahibi Muteber Engindeniz 4 ay əvvəl yoluxduğu koronavirus xəstəliyinə qalib gəlib.
Unikal.org xəbər verir ki, 117 yaşlı qadın uzunömürlü olmasını sağlam qidalanmaya borclu olduğunu bildirib.
1904-cü il təvəllüdlü Muteber xanım bütün yeyəcəklərini özlərinin qarşıladığını, yoluxandan sonra xəstəxanaya getmədiyini qeyd edib.
COVID-19 əleyhinə 2 doza vaksin olunan ahılın vəziyyəti yaxşıdır.
Ağarza Elçinoğlu