Fransanın Marsel şəhərində yaşayan 19 yaşlı bir gənc prezident Emmanüel Makronun koronavirus məlumatları olan peyvənd kartından istifadə edirmiş.
Unikal.org xəbər verir ki, adı açıqlanmayan şəxs Marsel Xəstəxanasına girmək istəyərkən mühafizəçilər tərəfindən yaxalanıb. Gənc oğlanın başqasının sağlamlıq kartından istifadə etdiyi anlaşıldıqdan sonra polisə məlumat verilib.
Daha sonra həmin şəxsin istifadə etdiyi sağlamlıq kartının Makrona aid olduğu müəyyən edilib. Bir neçə saat saxlanılan şəxsin "başqa bir şəxsə aid sağlamlıq kartı təqdim etmə" cinayətinə görı 750 avro cəriməyə məhkum edilib.
Gülayə Mecid