Bu yaxınlarda Nobel Sülh Mükafatı alan filippinli jurnalist və fəal Mariya Ressa “Facebook”u kəskin tənqid edib. Buna səbəb sosial şəbəkədə faktlara qərəzli münasibətin göstərilməsidir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ressa bu sosial şəbəkədə baş verənləri demokratiyaya təhdid hesab edir.
Jurnalist düşünür ki, “Facebook”un alqoritmləri ilk növbədə yalan məlumatlar yayır və istifadəçilərə faktlar əvəzinə "qəzəb və nifrət" göstərməyi üstün tutur: “Faktlara qarşı qərəzli olduğunuz müddətdə, jurnalistikaya qarşı qərəzlisiniz ... Əgər faktınız yoxdursa, həqiqətə sahib deyilsiniz, sizə etibar etmirlər. Bütün bunlar olmayanda, deməli, demokratiya da yoxdur".
Bütün bunlarla baxmayaraq Nobel mükafatçısı hesab edir ki, “Facebook” dünyanın əsas xəbər yayıcısına çevrilib.