İran XİN sözçüsü Səid Xətibzadə bu gün keçirilən mətbuat konfransında Azərbaycan - İran münasibətlərilə bağlı ünvanlanan sualları cavablandırıb.

Unikal.org xəbər verir ki,  Səid Xətibzadə  iki ölkə münasibətləri dostluq məntiqinə tabe olmasından  danışıb:

"İranı narahat edən məsələlər də deyilib və bu da İran və Azərbaycanın yaxşı əlaqələri və qonşuluq münasibətləri çərçivəsində bildirilib. Bakıdakı dostlarımız da deyiblər ki bizim bu narahatlığımızı aradan qaldıracaqlar. Bəzi məqamlar və mövzularla bağlı Azərbaycan tərəfindən gözləntilərimiz var idi ki, həyata keçirilməyib. Bizim Azərbaycan qarşısında rəftarımız qardaşca olub",-  deyə İran XİN sözçüsü əlavə edib.

S.Xətibzadə İran hava məkanının Naxçıvana hərbi yük aparan təyyarələr üçün bağlanılması ilə bağlı xəbərlərə də münasibət bildirib.

"Biz hava məkanımızı Azərbaycanın üzünə heç vaxt bağlamamışıq. Quru yollar da açıqdır, mübadilə və get gəl var. İki tərəf, üçüncü qüvvələrin əlaqələrə mənfi təsir göstərməsinə icazə verməməlidirlər."