Türkiyəli məşhur müğənni Kibariyə getdiyi gözəllik salonlarından birində qalmaqal yaşayıb.
Unikal.org xəbər verir ki, buna səbəb müğənninin pul ödəməməsi olub. Belə ki, 4 min 200 TL-yə (800 AZN) saç qaynağı etdirən Kibariyə ustanın haqqını vermədən salondan çıxıb. Saç ustası müğənninin geri dönəcəyini ümid edib gözləsə də, o yanılıb.
Kadıköydə yerləşən gözəllik salonunun sahibi bu barədə Türkiyə KİV-ə məlumat verib. O, Kibariyənin bu hərəkətini qınayıb.
"Kibariye 3 saat davam edən prosesdən sonra aldığı xidmətin qiyməti olan 4200 TL borcunu ödəmədən dükandan qaçdı. Ayıbdır, günahdır".