Məşhur sovet və rus aktrisası Lyudmila Kupina 77 yaşında vəfat edib.
Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, sentyabrın sonunda özünü pis hiss edən aktrisa xəstəxanaya yerləşdirilib. Analizlərdən sonra onda koronavirus infeksiyası aşkarlanıb.
Sənətçinin vəziyyəti sürətlə pisləşdiyi üçün ağciyər zədələnməsi diaqnozu ilə reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin müdaxiləsinə baxmayaraq oktyabrın 9-da vəfat edib.
Qeyd edək ki, bir çox filmlərdə rol alan aktrisaya şöhrəti “İşdə məhəbbət macərası” filmi gətirib.