Müğənni Nicat Məhərrəmov atasının koronavirusa yoluxduğunu və FHN-nin modul tipli xəstəxanasına yerləşdirildiyini bildirib.
Unikal.org xəbər verir ki, müğənni atasının xəstəxanada üzərində olan pullların, bank kartlarının və ev açarlarının oğurlandığını iddia edib. O, bununla bağlı sosial media hesabından paylaşım edərək, xəstəxananın onun şikayətinə baxılmadığını bildirib
"Atam koronavirusa yoluxduğu üçün sentyabrın 21-də Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına yerləşdirdik. Təəssüf ki, sentyabrın 23-də atamın üzərində olan pul, ev açarları, sənədlər və bank kartları yoxa çıxıb. Xəstəxanada özbaşınalıq olub. Şikayət etmişəm, amma hələ də deyirlər, araşdırma gedir. Atam 41 il orqan işçisi olub. Belə özbaşınalıq, vicdansızlıq olmaz ki, xəstə cibindən əşyaları götürülsün".