Türkiyənin məşhur müğənnisi Ceylan plastik əməliyyatından sonra tanınmaz hala düşüb.
Unikal.org xəbər verir ki, daim dəyişən imiciylə gündəmdə qalan Ceylan, yeni klipi üçün 6 saat suda qaldıqdan sonra xəstəxanaya yerləşdirilib.
Belə ki, Ceylan, Müslüm Gürsesin ən populyar əsərlərindən biri olan "Senin Kadar Hiç Kimseyi Sevmedim" mahnısını yenidən ifa edib. O, studiyaların birində klip çəkilişlərini həyata keçirib.
Bundan sonra dekor evi su altında qalıb. Çəkiliş 6 saat çəkib. Klipdə 1,5 ton su və 2 ton silisium qumu istifadə olunub. Məşhur müğənni çəkilişlərin sonunda xəstəxanaya yerləşdirilib. O, özünü narahat hiss etdiyi üçün bir müddət müalicə alacağını bildirib.