Xalq artisti Könül Xasıyeva "7 canlı" proqramına qonaq olub.
Unikal.org xəbər verir ki, Xanəndə veriliş boyuncaşəxsi həyatı ilə bağlı açıqlamalar edib. O, oğlu Kazımın xəstəliyindən danışıb:
"Mənim yeganə oğlum gündə 4 dərman içir. Şəkər xəstəliyindən və turet sindromundan (spesifik psixonevroloji pozuntudur) əziyyət çəkir. Gün ərzində ona güclə yemək yedizdirirəm. Hormonal dərmanlar onu şişirdib".