Türkiyəli məşhur aktyor Aras Bulut İynemli iddialı yeni bir layihədə yer alacaq.
Unikal.org xəbər verir ki, o, Türkiyə Cümhuriyyətin 100-cü ildönümündə çəkiləcək, yeni ekran işində "Mustafa Kamal Atatürk"ü canlandıracaq. Arasın bu obrazı canladırması xəbəri şou aləmində gündəm yaradıb.
Qeyd edək ki, Aras Bulu İynemli "Çukur" serialında canlandırdığı "Yamaç" obrazı ilə daha da məşhurlaşmışdı.