"Atam kimi sadə, təmizürəkli insan bu dünyaya bir də gəlməyəcək".
Unikal.org xəbər verir ki, bu sözləri mərhum müğənni Səyyad Əlizadənin oğlu Atabəy "Günün sədası" proqramında deyib. Onun sözlərinə görə, atası avqust ayında muğamla bağlı diskin çəkilişinə gedib-qayıtdıqdan sonra vəziyyəti pisləşib.
"O zamandan halı pisləşdi. Müalicələr bir-birini tutmurdu. Ağır dərmanlar verilirdi. Ağır halda Zığda olan modul tipli hospitala yerləşdirildi. Sentyabrın 12-dən ağırlaşmışdı. 16-da başqa xəstəxanaya köçürüldü. Artıq xəstəxanaya yerləşdiriləndə əlaqəmiz kəsilmişdi, danışmırdı".
Atabəy həmçinin də atasınının yolunu davam edəcəyini bildirib:
"Atamın yarımçıq qalan arzuları, işləri var. Onları tamamlamağa çalışacam. İki-üç il sonra atamın repertuarı ilə onun sənətini davam etdirəcəm".