“Talış kəndinə yeni çəkilmiş və asfaltlanmış 29 km yolla getdik”.
Unikal.org-un məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”-də paylaşımda bildirib.
H. Hacıyev qeyd edib ki, Talış kəndinə yol ərazilərin minalardan təmizlənməsi ilə paralel çəkilib: “Prezident İlham Əliyev tərəfindən başladılan postkonfilikt dövründəki presedentsiz bərpa layihəsi ərazilərin minalardan təmizlənməsi ilə paralel olaraq həyata keçirilib. Layihə Azərbaycanın özünün maliyyə, inzibati və idarəetmə resursları ilə reallaşıb”.