Xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda rəsmi səfərdə olan Qətər baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani arasında görüş başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi tviter səhifəsində paylaşım edilib.

C.Bayramov həmkarını nazirliyin önündə qarşılayıb.

Daha sonra iki ölkənin xarici işlər nazirlərinin təkbətək görüşü başlayıb.

***

10:01

Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani Azərbaycanda rəsmi səfərdədir

Unikal.org xəbər verir ki, o, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək.

Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.