Türkiyəli məşhur müğənni Demet Akalının həyat yoldaşı Okan Kurt sahibi olduğu restoranda qonşusu ilə mübahisə yaşayıb.
Unikal.org xəbər verir ki, bununla bağlı Okan Kurt sosial media hesabından səslənərək, qonşusunun onu təhdid etdiyini bildirib.
Belə ki, restoranın yaxınlığında yaşayan şəxs Okanın restoranına daxil olaraq, burada toy keçirməməsini tələb edib. Okan ona restoranını tərk etməsini bildirib. Bu zaman şəxs, "Mən prezidentin bərbəriyəm. Bu küçə mənimdir",- deyərək, sakitçiliyə riayət olunmasını əmr edib. Onlar arasında dava yaranıb. Hər iki şəxs polis bölməsinə aparılıb.
Bundan sonra Okan sosial mediadan izləyicilərinə müraciət edib. O, şəxsin bu hərəkətini nə üçün etdiyini anlmadığını bildirib. Bununla yanaşı, o ailəsinin və restoranının təhlükədə olduğunu vurğulayıb.