Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Miçalko 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edib.
Unikal.org xəbər verir ki, diplomat bu barədə "Twitter"də yazıb.
"Azərbaycan xalqını müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə təbrik edirəm. Avropa İttifaqı Azərbaycanın inkişaf yolunu dəstəkləyir. Aİ Azərbaycan xalqına və regiona sülh və rifah arzulayır", - deyə Aİ-nin səfiri bildirib.