Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın başçılığı ilə Ermənistan hökumətinin nümayəndə heyəti oktyabrın 20-də 2 günlük səfər çərçivəsində Moskvaya yollanacaq.
Unikal.org xəbər verir ki, səfər barədə məlumat verilsə də, onun məqsədi barədə məlumat verilməyib.
Lakin bəzi mənbələrə görə, Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinləri Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun iştirakı ilə üçtərəfli işçi qrupun görüşü keçiriləcək.
Mher Qriqoryanın sözlərinə görə, Ermənistanın regionda kommunikasiyaların açılması və dəmir yolunun fəaliyyətə başlamasına dair görüşəcəkləri barədə ilkin təəssüratlarını bölüşüb:
"Bizim bununla bağlı müəyyən təsəvvürlərimiz var. Blokadanın aradan qaldırılması və s. Biz həmçinin avtomobil yollarının açılması məsələsini də müzakirə etməliyik".
Ağarza Elçinoğlu