Azərbaycan beş erməni hərbçini Ermənistana qaytarıb.

Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə yayılan xəbərlərdə bildirilir ki, göyərtəsində erməni hərbçilər olan təyyarə Bakıdan İrəvana yola düşüb.

Qeyd olunur ki, həmin erməni hərbçilər Azərbaycan Ordusuna qarşı ağır cinayətlər və zorakılıq əməlləri törətmədiklərinə görə geri qaytarılıb.

Bu, Azərbaycan tərəfinin növbəti humanitar addımı kimi qiymətləndirilir.