Çinin parlament komitəsi uşaqların pis hərəkətlərinə görə, valideynləri cəzalandıracaq qanun layihəsinə baxacaq.
Unikal.org "CNN"ə istinadən xəbər verir ki, qanun layihəsində prokurorluq tərəfindən qeydə alınan uşaqların çox pis və ya cinayət xarakterli davranışları halında qəyyumlara töhmət veriləcəyi qeyd olunub. Onlar ailə tərbiyəsi proqramlarından keçməli olacaqlar.
Bundan əlavə, sənəd valideynləri uşaqlarla birlikdə istirahət, oyun və idman üçün vaxt ayırmağa təşviq edir.