Türkiyənin İstanbul şəhərində avtobus dayanacaqların birində bədbəxt hadisə baş verib.
Unikal.org xəbər verir ki, 66 yaşlı Nuri Bilgen adlı kişi dayanacaqda oturduğu yerdə dünyasını dəyişib. Belə ki, ətrafdakı insanlar şəxsin oturacaqda yatdığını güman ediblər. Lakin saatlarla heç bir tərpəniş olmadan oturan kişi diqqət çəkib. Vətəndaşlardan biri Nurini oyandırmağa çalışıb. Lakin o, kişinin öldüyünü görüb. Qısa zamanda təcili yardıma zəng edilib. Tibbi yardım xidmətinin əməkdaşları kişinin infarkt keçirərək, öldüyünü bildiriblər.
Meyit ailəsinə təhvil verilib.