İtaliyanın Milan şəhərinin Buççinasko qəsəbəsində yaşayan 50 yaşlı kişi 2019-cu ilin noyabrında vəfat edən anasının meyitini evində gizləyərək bu zaman ərzində onun pensiyasını dövlətdən qeyri-qanuni şəkildə alıb.
Unikal.org xəbər verir ki, sözügedən şəxs meyiti şkafında gillə doldurulmuş torbada gizlədirmiş.
O, təsadüfən tanışı ilə söhbətində bu barədə danışıb və yaxın zamanda meyiti dəfn edəcəyini bildirib.
Lakin cəsədi dəfn etmədiyini görən tanışlar polisə məlumat veriblər.
Araşdırmalardan sonra bəlli olub ki, oğul 2 il ərzində hər ay dövlətdən qanunsuz şəkildə 1700 avro pensiya alıbmış.
Ağarza Elçinoğlu