Ermənistanın sabiq təhsil naziri, “Respublikaçı”lar partiyasının sədr müavini Armen Aşotyan sensasion açıqlamaları ilə yenidən gündəm yaradıb. 

Unikal.org xəbər verir ki, o, Nikol Paşinyanın erməniləri sakitləşdirmək üçün yalan vədlər verdiyini  və həqiqətləri onlardan gizlətdiyini  vurğulayıb.

"Nikol erməni xalqından təkcə daxili həyatı, müharibədən sonrakı müharibə itkiləri haqqında məlumatları deyil, həm də xarici dünyada və bölgədə baş verən son hadisələr kontekstində prosesləri gizlətməyə davam edir

Aşotyan, "Ermənistan 3+3 ətrafında gedən proseslərdə iştirak etmək üçün hansı şərtlərlə razı olmasını xəbərini belə bizlərdən gizli saxlayır. Ümumiyyətlə, Paşinyanın gizlilik siyasəti - pərdə arxası gələcəyimizlə,  erməni  xalqı ilə bağlı qərarları həm kapitulyasiyaya, həm də iqtisadi çöküşə  səbəb olacaq", - deyə bildirib.

Gülayə  Mecid