"Azərbaycanla Xorvatiya arasında hazırda qüvvədə olan 25 saziş, protokol var, 7 sənəd isə baxılmaqdadır".
Unikal.org xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanla keçirdiyi birgə mətbuat konfransında deyib.
Azərbaycanda 20 xorvat şirkətinin fəaliyyət göstərdiyini deyən C.Bayramov əlavə edib ki, turizm sahəsində görüləcək birgə işlərə COVID-19 pandemiyasında sonrakı dövrdə yeni dinamika verilməsi ilə bağlı müzakirələr aparılıb.
Xarici işlər naziri, həmçinin Azərbaycanın beynəlxalq təşkilatlarda Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb.