“NATO-nun hədəfi nüvə silahı olmayan bir dünyadır”.
Unikal.org xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
O bildirib ki, birtərəfli silahsızlaşma ilə bu hədəfə nail olmaq qeyri-mümkündür.
“Rusiya, Çin və Şimali Koreya kimi digər ölkələrin nüvə silahına sahib olduğu, lakin NATO-nun sahib olmadığı bir dünya təhlükəsiz deyil”, - Baş katib qeyd edib.