Fransanın cənub-şərqində yerləşən Bollen bölgəsində başı kəsilmiş, qarını yarılmış kişi meyiti tapılıb.
Unikal.org xəbər verir ki, bu barədə "RİA Novosti" yerli rəsmilərə istinadən yazıb.
Qeyd olunur ki, cinayətkarın axtarışına başlanılıb. Hadisəni törədən şəxs potensial təhlükəli və silahlıdır.
Polis hadisənin terror aktı olması versiyasının əsasız olduğunu bildirib.