Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 214 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 29 760 nəfər COVID-19 infeksiyasına yoluxub, 28 803 nəfər isə sağalıb.