“Son vaxtlar Nikol Paşinyanın şəklinin dövlət məmurlarının ofislərində asılmasının məcburi hala gəldiyi barədə məlumatlar yayılıb".
Unikal.org xəbər verir ki, bu barədə “Fakt” qəzeti yazıb.
O cümlədən, nəşr, hökumətin bu qərarını "yeni sifarişdir" deyə qeyd edib.
"Bir sözlə, belə çıxır ki, məmurlar "könüllülük" əsasında birdən-birə Paşinyanın şəklini başlarına asmaq qərarına gəliblər və eyni zamanda kortəbii şəkildə bəyan ediblər ki, bu belə olmalıdır, bu “sifariş”dir", - deyə qəzetdə dərc olunub.
Gülayə Mecid