İzmirin Buca bölgəsində kəbində olduğu Aysel Perkgünü oğlunun gözü qarşısında döyərək ona ağır xəsarətlər yetirən Feyzo Duran "dəhşətli işgəncə ilə öldürməyə cəhd" tələbilə məhkəmə qarşısına çıxarılıb.
Unikal.org xəbər verir ki, o, 28 yaşlı həyat yoldaşına 104 dəfə bıçaq zərbələri vurub.
25 yaşlı F.Duranın narkotik aludəçisi olduğu, baş verən hadisədən sonra yaralı olan Aysel Perkgünün yanında oturaraq onun ölməsini gözlədiyi aşkar olunub.
Araşdırma zamanı aydın olub ki, cinayət törətməyə çalışan şəxs arvadını 1 yaşlı uşağının yanında döyüb, onun başında içki şüşəsi sındırıb, sonra onu hamam otağına kilidləyərək dəfələrlə bıçaqlayıb. A.Perkgünün yardım çağırışlarını eşidən qonşular polisə orqanlarına xəbər verib.
104 bıçaq yarasından 8-i ölümcül olan Perkgün dərhal xəstəxanaya aparılıb. Polis isə F.Duranı həbs edib.
Ağarza Elçinoğlu