Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilin həbsxanadan ilk fotoşəkli çəkilib.
Unikal.org xəbər verir ki, o, saxlandığı Rustavi 12 saylı cəzaçəkmə müəssisəsinin dəmirbarmaqlı pəncərəsindən tərəfdarlarını salamlayıb.
M.Saakaşvili türmə kamerasından tərəfdarlarına "Siz çox güclüsünüz" sözlərilə təşəkkür edib.
Bildirilib ki, o, pəncərədə bir neçə saniyə ərzində görünüb. Pəncərə tez bir zamanda bağlansa da, media nümayəndələri onu lentə ala biliblər.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, artıq 21-ci gündür aclıq aksiyası keçirir.