Rusiyada Atom Elektrik Stansiyasında (AES) buxar sızması olub.

Unikal.org "TASS”a istinadən xəbər verir ki, hadisə Rostov şəhərində yerləşən AES-də qeydə alınıb. 

Bildirilib ki, sızma səbəbindən AES-in ikinci enerji bloku dayandırılıb.

Məlumata əsasən, enerji bloku təmir üçün dayandırılıb. Həmçinin qeyd olunub ki, radiasiya fonu qaydalar çərçivəsindədir.