Bu gün Erməni mətbuatı bildirib ki, Qarabağın işğalından sonra orada qanunsuz şəkildə yerləşən ermənilər məktəblərə müəllim tapa bilmir.
Unikal.org xəbər verir ki, Sülhməramlı qüvvələrin müvəqqəti nəzarətində yerləşən məktəblərdə böyük sayda ixtisaslı kadr çatışmazlığı var.
"Hraparak" nəşrinin məlumatına görə, 44 günlük müharibədən sonra Qarabağda onlarla məktəb bağlanıb. Hazırda bir neçə yerdə açıq qalan yerlərdə isə müəllim çatışmazlığı böyük həcmdədir.
Qarabağda yerləşib hələ də ordan çıxmayan qanunsuz terrorçu qrupun rəhbərliyi məktəbəqədər və ümumi təhsil müəssisələrində vakant yerlərə müsabiqə elan etsə də, bu da bir nəticə verməyib. Məlum olub ki, müəllimlərin əksəriyyəti Qarabağdan birdəfəlik köçüb, yeni kadrlar isə Ermənistandan həmin məktəblərə gəlməyə etiraz edib.
Ağarza Elçinoğlu