"Əfqanıstanın yeni hakimiyyətinin tanınması məsələsi prioritet deyil".
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
"Məncə, "Taliban" tanınacaq. Çünki orada əsl gücü var", - deyə V.Matviyenko bildirib.
Qeyd edək ki, bir neçə gün öncə "Taliban" nümayəndələri Moskvada səfərdə olublar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov onlarla danışıqlarda iştirak edib.