Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 198 nəfər vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 362 213 nəfər test edilib, 28 465 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 29 160 nəfər sağalıb.