Sabiq səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Ə.İnsanov Feysbuk hesabında paylaşım edib.

Ə. İnsanov bildirib ki, bu gün Ədliyyə Nazirliyində Haqq Ədalət Partiyasının Dövlət qeydiyyatına alınmasını təsdiq edən 1121-P1-0063 qeydiyyat nömrəli şəhadətnamə HƏP Mərkəzi İcra Aparatı rəhbəri Elşən Bayramlıya təqdim edilib.