Birləşmiş Millətlər Təşkilatı Uyğur Muxtar Bölgəsində zülm və zorakılıq tətbiq etməkdə ittiham olunan Çinə növbəti dəfə çağırış edib.

Unikal.org xəbər verir ki,  BMT-nin bəyanatında 1 milyondan çox insanın yaşadığı  “siyasi maarif” düşərgələrinin mövcudluğu barədə məlumatlar qeyd edilib.

Türkiyə də daxil olmaqla 43 ölkə BMT rəsmilərinin bölgəni sərbəst şəkildə araşdırmasına icazə verilməsini tələb edib. 

Birgə bəyanatda regionda insan haqlarının pozulması ilə bağlı narahatlıq ifadə olunub. Həmçinin bildirilib ki, işgəncə, qeyri-insani rəftar, məcburi sterilizasiya, cinsi zorakılıq, uşaqların ailələrindən zorla ayrılmasını sənədləşdirən hesabatların sayı artıb.

Çin beynəlxalq öhdəliklərini yerinə yetirməyə və insan hüquqlarına hörmət etməyə çağırılıb. 

Gülayə  Mecid