Türkiyənin Şanlıurfa ərazisində zirehli polis maşını yan küçədən sürətlə qaçan 5 yaşlı qızı vurub.
Unikal.org xəbər verir ki, azyaşlı qızın təkərlər altında qalması anbaan kamerlara əks olunub. Qız qısa zamanda xəstəxanaya çatdırılıb. Həkimlər onu vəziyyətinin ağır olduğunu bildiriblər.