Rusiyada son sutka ərzində 1 064 nəfər koronavirusdan vəfat edib.
Unikal.org-un məlumatına görə, bu, pandemiya dövründə Rusiyada qeydə alınan ən yüksək göstərici olub.
Oktyabrın 20-də 1 036 nəfərin ölümü qeydə alınmışdı. Rusiyada bu günədək ölənlərin sayı isə 228 453 nəfərə çatıb.
Eyni zamanda ölkədə son sutkada 37 141 nəfər koronavirusa yoluxub ki, bu da pandemiya dövründə qeydə alınana rekord göstərici olub.
Bu günədək yoluxanların sayı 8,16 milyon nəfəri ötüb.