Avropa İttifaqının rəsmi statistika qurumu olan “Avrostat” birliyin ən borclu ölkələrinin siyahısını dərc edib.
Unikal.org xəbər verir ki, hazırda İttifaq üzvləri arasında dövlət borcu ÜDM-ə nisbətdə ən yüksək olan ölkə Yunanıstandır. Hazırda Balkan ölkəsinin borcları ölkənin ümumi istehsalını 207.2% üstələyir.
Bu göstərici üzrə növbəti yerləri İtaliya (156.3%), Portuqaliya (135.4%), İspaniya (122.8%) və Fransa (114.6%) tutur.
ÜDM-ə nisbətdə ən az borcu olan Aİ ölkələri isə Estoniya (19.6%), Bolqarıstan (24.7%) və Lüksemburqdur (26.2%).