Süni intellekt texnologiyası ilə təchiz edilmiş dünyanın ilk ultra-real robot rəssamı Ai-Da sərginin açılışı üçün aparıldığı Misirdə gömrük orqanları tərəfindən saxlanılıb.
Unikal.org xəbər verir ki, bu həbs Qahirə-London xəttində diplomatik gərginliyə səbəb olub.
İngilis "The Guardian" qəzetinin xəbərinə görə, Ai-Da casusluq sui-qəsdinin bir hissəsi olduğu şübhəsi ilə 10 gün gömrükdən buraxılmayıb.
Bu qərara səbəb kimi Ai-Da-nın gözlərində modem və kamera olması göstərilib.
Gülayə Mecid