Hollandiyanın Brabant bölgəsində yaşayan psixoloq Vim van Dijk 100-dən çox xəstəyə "intihar dərmanı" verib.
Unikal.org xəbər verir ki, "Volkskrant" qəzetinə müsahibə verən psixoloq Dijk, xəstələrinə "Middel X" adlı dərmanı istifadə etməyə məcbur etdiyini və bu dərmanı istifadə etdikdən sonra qısa müddət ərzində insanları öldürdüyü bildirib.
Psixoloqun bu müsahibəsi yerli mediada gündəm yaradıb.
"Volkskrant"ın xəbərində, Dijkin etiraflarının evtanaziya qanunu ilə bağlı müzakirələri artırmaq məqsədi daşıdığı ifadə edilib.
Gülayə Mecid