Tanınmış aktyor Alek Balduin film çəkilişlərindəki atışma səhnəsində aldığı xəsarətdən dünyasını dəyişən operator Qalina Hatçinslə özəl vida mərasiminə qatılıb.
Unikal.org xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 22-də ABŞ-da aktyor Alek Balduinin iştirakı ilə filmin çəkilişləri zamanı bir nəfər silahlı hadisə nəticəsində həlak olub, daha bir nəfər yaralanıb. Hadisə tapançadan atəş vaxtı baş verib. Belə ki, silah boş patronlar tərəfindən doldurulmalı imiş. Atəş zamanı filmin rejissoru körpücük sümüyündən yaralanıb, 42 yaşlı qadın operator Alina Xatçins isə ağır xəsarət alıb və helikopterlə Albukerk şəhərinin xəstəxanasına çatdırılıb, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Santa-Fe dairəsi şerifinin ofisi çəkiliş meydançasında rekvizitin tətbiqi ilə bağlı hadisənin olmasını təsdiqləyib. O, qeyd edib ki, atəşi elə aktyor Alek Bolduinin özü açıb. Hələlik aktyora qarşı ittiham irəli sürülməyib.