Yaponiyanın enerji şirkəti "Kansai Electric Power" ölkənin qərbindəki Fukui prefekturasındakı Mihama Atom Elektrik Stansiyasının (AES) üçüncü reaktorunu bağlayıb.
Unikal.org xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Reaktorun bağlanmasına səbəb kimi terror hücumlarına qarşı infrastrukturun gücləndirilməsi tədbirləri göstərilir.
İnfrastrukturun gücləndirilməsi işləri oktyabrın 25-də başa çatmalı idi. “Kansai Electric Power” nəzərdə tutulan müddətdə işləri başa çatdıra bilmədiyi üçün Yaponiya Atom Enerjisinə Nəzarət üzrə Dövlət Komitəsinin müvafiq əmrinə əsasən şirkət reaktorun işini dayandırmağa məcbur olub.
Atom elektrik stansiyalarında terror hücumlarına qarşı infrastrukturun gücləndirilməsi prosesinin 2022-ci ilin sentyabr ayına qədər başa çatacağı gözlənilir. Eyni zamanda, gələn ilin oktyabrına kimi üçüncü reaktorun işi bərpa olunacaq.