Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpul rejissor Nail Naiboğlunun "Qırmızı" adlı "Youtube" layihəsinin qonağı olub.

Unikal.org xəbər verir ki, Diana varlı iş adamına ərə getməsindən danışıb. O bildirib ki, əri ərəb şeyxi yox, İran azərbaycanlısıdr:

"Liftdə tanış olmuşuq. Həmin an həyatımı 180 dərəcə dəyişdi. Həyat yoldaşım mənim xilaskarımdır. Bizim bəxtimiz bizim əlimizdədir. Özümüz öz həyatımızın memarıyıq. Bugünki həyatımı özüm seçmişəm. Özümdən 35 yaş böyük birinə ərə getməyi də özüm planlamışam. Hər zaman deyirdim, mənim üçün fərqi yoxdur, yaşlı olsun, cavan olmasın, amma pulu çox olsun. Uşaqlıqdan yaxşı yaşamağı arzulamışam. Nəyisə deyib və inanırıqsa, başımıza gəlir".