Qərbi Afrika ölkələrindən biri olan Qananın paytaxtı Akkrada motosikletdən istifadəyə müvəqqəti qadağa qoyulub.
Unikal.org xəbər verir ki, bölgə naziri Henry Quartey, artan qəzalara görə, asan nəqliyyat funksiyasını yerinə yetirən və "Aboboya" adlanan motosikletlərin 1 noyabrdan etibarən Akkrada istifadəsinə icazə verilməyəcəyini açıqlayıb.
Quartey həmçinin də, bildirib ki, noyabrın 1-dən etibarən bu qadağanı pozan motosikletçilər məsuliyyətə cəlb olunacaqlar.