Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" hökuməti yeni dövlət proqramını təqdim edib.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, təqdimat mərasiminə yüksək rütbəli rəsmilər qatılıb.
Bildirilib ki, proqram çərçivəsində 40 min sakin işlə təmin ediləcək. Onların məvacibi isə natural şəkildə - buğda ilə ödəniləcək.
Hökumət nümayəndələri bu məqsədlə 65 min ton buğdanın ayrıldığını bildiriblər.