"Vektor" Dövlət Virusologiya və Biotexnologiyalar Elmi-Tədqiqat Mərkəzi ilk dəfə olaraq elektron mikroskop kamerası ilə çəkilmiş koronavirusun delta növünün fotoşəkillərini yayımlayıb.
Unikal.org xəbər verir ki, virus süni şəkildə Afrika yaşıl meymununun böyrək epiteli hüceyrələrində yetişdirilib.
Qeyd olunub ki, elektron mikroskopiya üçün hazırlıq sınaqları metodikası üçün ultranazik kəsimlər epoksi qatranları hüceyrələrinə boyanıb.